Qısnama (Bullinq)
Qısnama( bullinq) nədir? Qısnama, birinin sizi dəfələrlə pis hiss etdirməyə çalışmasıdır. Bunu sizə adlar çəkərək, sizdən bir şey götürərək, sizə söyüş söyərək, təpiklə və ya itələməklə edə bilərlər.
Xatırlamaq üçün bir neçə şey:
Bu sənin səhvin deyil! Heç kim təhqir olunmağa layiq deyil. Bəzən insanlar özləri çətin anlar yaşadıqlarına görə başqalarını təhqir edirlər.
Nə baş verdiyini kiməsə deyin. Qısnama haqqında valideyn, müəllim və ya Uşaq Qaynar Xəttinin operatoru ilə danışın. Onlar sizə bu barədə nə edəcəyinizlə bağlı kömək edə bilərlər. Bununla təkbaşına məşğul olmalı deyilsiniz.
Təhlükəsizliyiniz vacibdir Əgər qısnamaya məruz qalırsınızsa, və danışmaq üçün kiməsə ehtiyacınız varsa - bizə zəng edin, e-poçt göndərin
Hər kəssəhv edə bilər.
Səhv etmək həyatın bir hissəsidir. Hər kəs onları hər zaman edir.
Valideyn, müəllim, polis məmuru olmağın fərqi yoxdur. Səhv etdiyiniz zamanlar olacaq.
Başqalarının sizin haqqınızda nə düşündüyündən qorxa və ya narahat ola bilərsiniz.
Səhv olduğunuzu qəbul etmək və ya səhv etdiyinizi etiraf etmək çətin ola bilər. Özünüzə qarşı sərt olmamağa çalışın. Səhv etmək yaxşıdır. Heç kəs mükəmməl deyildir.
Səhvlər bizə çox şey öyrədir. Həmişə öyrənmək üçün bir şey var.
Biz hər şeyi daha yaxşı etməyi öyrənirik!
Səhvin necə baş verdiyini anlamağa çalışın.
Bu, növbəti dəfə fərqli şəkildə nə edəcəyinizi bilməyə kömək edə bilər. Yadda saxlamaq vacib olan odur ki, biz həmişə öyrənirik. İşlərdə daha yaxşı olmaq təcrübə tələb edir.